Bank Of Baku

Türkiyə Gürcüstan vətəndaşlarının Əfqanıstandan təxliyəsinə yardım edəcək

Türkiyə Gürcüstan vətəndaşlarının Əfqanıstandan təxliyəsinə yardım edəcək
# 16 avqust 2021 12:08 (UTC +04:00)

Türkiyə Əfqanıstanda qalan Gürcüstan vətəndaşlarının təxliyəsinə yardım edəcək.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan xarici işlər nazirinin müavini Aleksandre Xvtisiaşvili deyib.

Nazir müavini bildirib ki, Türkiyə tərəfi Gürcüstan vətəndaşlarının zirehli maşınlarla Kabil aeroportuna təxliyəsinə hazır olduğunu bəyan edib.

Onun sözlərinə görə, artıq əməliyyata başlanılıb və tərəfdaş ölkələr aeroporta gətirilən Gürcüstan vətəndaşlarının təxliyəsini təmin edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR