Bank Of Baku

Türkiyə Gürcüstanın NATO-ya inteqrasiyasını dəstəkləyir

Türkiyə Gürcüstanın NATO-ya inteqrasiyasını dəstəkləyir
# 21 fevral 2022 16:57 (UTC +04:00)

Türkiyə regionda sülh və təhlükəsizliyə böyük önəm verir.

APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanda səfərdə olan Türkiyə parlamentinin sədri Mustafa Şentop gürcüstanlı həmkarı Şalva Papuaşvili ilə görüşündə deyib.

Bildirib ki, Türkiyə Gürcüstanın NATO və digər Avro-Atlantik təşkilatlara inteqrasiyasını, Gürcüstanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyir.

M.Şentop qeyd edib ki, 2021-ci ildə iki ölkə arasında ticarət həcmi 2,1 milyard dollara çatıb.

Görüş zamanı Türkiyə və Gürcüstanın parlamentləri arasında əməkdaşlıq haqqında sənəd imzalanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR