Bank Of Baku

Türkiyə Mariupolda humanitar atəşkəsi məmnuniyyətlə qarşılayır

Türkiyə Mariupolda humanitar atəşkəsi məmnuniyyətlə qarşılayır
# 01 aprel 2022 13:09 (UTC +04:00)

Türkiyə Dünən Mariupolda elan edilən humanitar atəşkəsi məmnuniyyətlə qarşılayır.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Onun sözlərinə görə, humanitar atəşkəs elan olunduğundan sonra insanların Mariupoldan təxliyəsi daha da asanlaşdı. Nazir əlavə edib ki, ümumilikdə, Ukraynada qalan Türk vətəndaşlarının sayı təxminən 190-dır.

“Daimi sülhün və atəşkəsin bərqərar olması üçün İstanbulda əldə olunan proqresi davam etdirib, nəticələndirmək və liderlərin görüşünü təmin etmək lazımdır“, - deyə o bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR