Türkiyə milli müdafiə naziri Yaşar Güler Brüsseldə Böyük Britaniyanın müdafiə naziri Con Healey ilə görüşüb.
APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə MN məlumat yayıb.
Qeyd olunub ki, görüş NATO Müdafiə Nazirləri Toplantısı çərçivəsində baş tutub.