Bank Of Baku

Türkiyə ötən il 1140 terrorçunu məhv edib 

Türkiyə ötən il 1140 terrorçunu məhv edib 
# 04 yanvar 2022 15:57 (UTC +04:00)

2021-ci il ərzində Türkiyə 143 min 321 antiterror əməliyyatı keçirib.

APA-nın yerli bürosunun “Anadolu”ya istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin daxili işlər nazirinin müavini, nazirliyin sözçüsü İsmayıl Çataklı jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, il ərzində bütün terror təşkilatlarından olan 1 140 terrorçu zərərsizləşdirilib. Çataklı həmçinin 2021-ci ildə 183 terror aktının qarşısı alındığını bildirib.

Sözçü narkotiklərlə mübarizə çərçivəsində isə 2021-ci ildə həyata keçirilən 215 min 228 əməliyyatda 293 min 905 nəfərin saxlanıldığını, 26 min 128 nəfərin həbs edildiyini vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR