Türkiyə Ukraynaya “Akıncı” PUA-ları verə bilər

Türkiyə Ukraynaya “Akıncı” PUA-ları verə bilər
# 02 oktyabr 2023 09:17 (UTC +04:00)

Türkiyə Ukraynaya “Bayraktar Akıncı” pilotsuz uçuş aparatları (PUA) verə bilər.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə “Baykar” şirkətinin icraçı direktoru Haluk Bayraktar deyib.

O əlavə edib ki, Ukraynada həmin tip PUA-nın istehsalı üçün Türkiyə hökumətindən icazə alınmalıdır. Haluk Bayraktar iki dövlət arasında müdafiə əməkdaşlığı ilə bağlı belə bir razılaşmanın olduğunu vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR