Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Macarıstanın xarici işlər naziri Peter Siyarto ilə görüşüb.
APA-nın xəbərinə görə, bu barədə Türkiyə XİN başçısı "Twitter"də bildirib.
Görüşdə ikitərəfli münasibətlər və regional məsələlərdə Macarıstan və Türkiyənin əməkdaşlığı müzakirə olunub.