Bank Of Baku

Türkiyə XİN Əfqanıstandakı terror aktını pisləyib

Türkiyə XİN

© APA | Türkiyə XİN

# 28 aprel 2022 23:06 (UTC +04:00)

Türkiyə Əfqanıstanın Məzari Şərif şəhərində bu gün iki avtomobilin partladılması nəticəsində çox sayda insanın həyatını itirdiyi və yaralandığı terror aktını pisləyib.

“Həyatını itirənlərə Allahdan rəhmət, yaxınlarına və qardaş əfqan xalqına başsağlığı, yaralananlara isə tezliklə şəfa diləyirik”, - XİN-in bayanatında bildirilib .

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

“Biz Əfqanıstanda son vaxtlar intensivləşən qeyri-insani terror aktlarını qətiyyətlə pisləyir, günahkarların ədalət qarşısında cavab vermələrini və oxşar əməllərin təkrarlanmaması üçün bütün lazımi tədbirlərin görülməsini gözləyirik” – deyə bəyənatda bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR