Bank Of Baku

Türkiyədə avtobusa bombalı hücum olub, bir nəfər ölüb - VİDEO - YENİLƏNİB

Türkiyədə avtobusa bombalı hücum olub, bir nəfər ölüb - VİDEO  - YENİLƏNİB
# 20 aprel 2022 10:32 (UTC +04:00)

Bursada həbsxana əməkdaşlarını daşıyan avtobusda partlayış kustar üsulla hazırlanmış bomba ilə hücum nəticəsində baş verib.

APA-nın NTV-yə istinadən verdiyi xəbərə görə, bu barədə Bursa valisi Canbolat məlumat verib.

O, kustar üsulla hazırlanmış bombanın uzaqdan idarəetmə ilə işə salındığını düşündüklərini deyib.

Partlayış nəticəsində bir nəfər ölüb, biri ağır olmaqla, dörd nəfər yaralanıb.

***

10:00

Bursada partlayış baş verib.

APA-nın NTV-yə istinadən verdiyi xəbərə görə, həbsxana mühafizəçilərini daşıyan avtobusda partlayış baş verib.

Nəticədə bir nəfər ölüb. Xeyli sayda yaralının olduğu bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR