Bank Of Baku

Türkiyədə FETÖ ilə bağlılığı olan 99 hərbçi saxlanılıb

Türkiyədə FETÖ ilə bağlılığı olan 99 hərbçi saxlanılıb
# 19 aprel 2022 09:40 (UTC +04:00)

Türkiyədə Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə əlaqəli olan hərbi qulluqçularla bağlı yeni əməliyyat keçirilib.

APA-nın “Anadolu”ya istinadən xəbərinə görə, İzmirdə Türkiyə Silahlı Qüvvələrində (TSK) FETÖ ilə bağlı dövlət çevrilişinə cəhddən sonra işdən çıxarılan 34-ü əsgər və 65-i hərbi məktəb şagirdi olmaqla, ümumilikdə 99 şübhəli şəxs saxlanılıb .

Türkiyə Respublika Baş Prokurorluğu, Milli Müdafiə Nazirliyi, Milli Kəşfiyyatla aparılmış məlumatların müqayisəsinə əsaslanan sübutlarla saxlanılan şəxslərin təşkilatla əlaqədə olduğu təsbit edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR