Bank Of Baku

Türkiyədə Habertürk və Show TV kanalları dövlət nəzarətinə götürülüb

Türkiyədə Habertürk və Show TV kanalları dövlət nəzarətinə götürülüb
# 11 sentyabr 2025 09:48 (UTC +04:00)

Türkiyənin Habertürk və Show TV kanalları dövlət nəzarətinə götürülüb.

İstanbulun Küçükçekməcə Prokurorluğu Türkiyənin “Can” Holdinqində əməliyyat keçirib, 10 nəfərin saxlanılması barədə qərar verilib.

APA-nın Türkiyə bürosu xəbər verir ki, Habertürk və Show TV də daxil olmaqla Holdinqə aid 121 şirkət dövlət nəzarətinə götürülüb.

Saxlanılanlar “cinayətkar dəstə yaratmaq”da, “qaçaqmalçılıq”da, “dələduzluq”da və “çirkli pulların yuyulması”nda ittiham olunurlar.

Dəryanur Cəfərova

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR