Türkiyənin 30 vilayətində İŞİD-ə qarşı əməliyyatlar keçirilib.
APA Türkiyə mediasına istinadən xəbər verir ki, daxili işlər naziri Ali Yerlikaya sosial media hesabında 30 vilayətdə keçirilən "Bozdoğan-17" əməliyyatlarında 147 şübhəlinin ələ keçirildiyini açıqlayıb.
O, ötən il iyunun 1-dən bu il martın 25-dək olan müddətdə İŞİD-ə qarşı 1329 əməliyyat keçirildiyini, əməliyyatlarda 2 919 şübhəlinin tutulduğunu bildirib.
Tutulanlardan 692-si həbs olunub, 531 nəfər nəzarətə götürülüb, 187 nəfərlə bağlı araşdırma aparılır.
***
10.58
İstanbulda terror təşkilatı İŞİD-ə qarşı əməliyyat keçirilib.
APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə TRT Haber məlumat yayıb.
Qeyd olunub ki, 17 şübhəlinin tutulduğu əməliyyatda 10 nəfərin axtarışları davam edir.