Xəbər verdiyimiz kimi, Türkiyə Daxili İşlər Nazirliyi Mühafizə Baş İdarəsinə terror hücumu olub.
APA-nın verdiyi xəbərə görə, bu barədə Türkiyə daxili işlər naziri Ali Yerlikaya məlumat yayıb ki, yerli vaxtla saat 09.30 radələrində bina girişinə avtomobillə gələn iki terrorçu bombalı hücum həyata keçirib.
Terrorçulardan biri özünü partladıb, digər terrorçu isə zərərsizləşdirilib.
Açılan atəş nəticəsində 2 polis yüngül xəsarət alıb.
Terrorçuların nazirliyin qarşısına gəldiyi avtomobil bomba zərərsizləşdirmə qrupları tərəfindən yoxlanılır.
APA CNN Türk-ə istinadən terrorçularla qarşıdurma anlarının görüntüsünü təqdim edir.