Türkiyənin Adana şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun xəbərinə görə, toy mərasiminə gedən ailənin avtomobili mikroavtobusla toqquşub.
Qəza nəticəsində bir ailənin 5 üzvü həlak olub,1 nəfər isə xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.