Türkiyədə Təkirdağ şəhərinin Ergene rayonunda baş verən qəzada ölənlərin sayı artıb.
APA-nın yerli bürosunun xəbərinə görə, Edirneden Çerkezköy istiqamətinə gedən yük qatarının keçiddə mikroavtobusa çırpılması nəticəsində dünyasını dəyişənlərin sayı 6-ya çatdı
Qəza nəticəsində 7 nəfərin yaralandığı bildirilir.
***
11:24
Türkiyədə Təkirdağ şəhərinin Ergene rayonunda faciəli qəza baş verib.
APA-nın yerli bürosunun xəbərinə görə, Edirneden Çerkezköy istiqamətinə gedən yük qatarı keçiddə mikroavtobusa çırpılıb.
Qatarın qarşısında bir müddət sürüklənən mikroavtobusda 4 nəfər həyatını itirib, 8 nəfər yaralanıb.