Türkiyədəki zəlzələ ilə əlaqədar Avropa Şurasının bayrağı yarıya qədər endirilib.
APA xəbər verir ki, bu barədə Türkiyənin Avropa Şurasındakı Nümayəndəliyinin "Twitter" hesabında məlumat verilib.
Bildirilib ki, təbii fəlakət qurbanların xatirəsinə və Türkiyə ilə həmrəylik üçün Avropa Şurasının bayraqları yarıya endirilib.