Bank Of Baku

Türkiyədəki zəlzələdə daha 5 güləşçi həyatını itirib

Türkiyədə zəlzələ

© APA | Türkiyədə zəlzələ

# 10 fevral 2023 12:24 (UTC +04:00)

Türkiyənin Kahramanmaraş şəhərində zəlzələdən sonra dağıntılar arasında aparılan axtarış-xilasetmə işləri zamanı 5 güləşçinin dünyasını dəyişdiyi məlum olub.

APA xəbər verir ki, bu barədə Türkiyə Güləş Federasiyası bildirib.

Federasiya qeyd edib ki, 8 fevralda “Kahramanmaraş Böyükşəhər Belediyespor”un 4 güləşçisinin cənazəsi aşkar olunandan sonra bu gün daha 5 güləşçinin cənazəsi dağıntılar altından çıxarılıb.

Türkiyə Güləş Federasiyası həyatını itirənlərin ailə üzvlərinə, yaxınlarına başsağlığı verib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR