Bank Of Baku

Türkiyənin Mardin şəhərində PKK-çı saxlanılıb

Türkiyənin Mardin şəhərində PKK-çı saxlanılıb
# 30 iyul 2021 15:01 (UTC +04:00)

Türkiyənin Mardin Polis İdarəsi tərəfindən PKK terror təşkilatının üzvü olan şəxs saxlanıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, dünən axşam saatlarında Mardin-Kızıltepe yolunda aparılan əməliyyat zamanı şübhəli şəxs qismində avtomobil sürücüsü saxlanılıb. 

Avtomobildə aparılan axtarışda telefonla idarə oluna biləcək 2 kiloqrama yaxın partlayıcı aşkarlanıb.

Şübhəli şəxs Mardin Polis İdarəsinə aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR