Türkiyənin səhiyyə naziri: "Türkiyədə tətbiq olunan bütün növ peyvəndlər təhlükəsizdir"

Türkiyənin səhiyyə naziri: "Türkiyədə tətbiq olunan bütün növ peyvəndlər təhlükəsizdir"
# 02 iyun 2021 20:44 (UTC +04:00)

"COVID-19-a qarşı peyvənd növbəsi çatan vətəndaşlar, lütfən peyvəndinizi etdirin".

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyənin səhiyyə naziri Fahrettin Koca yeni növ koronavirusa qarşı mübarizə tədbirləri çərçivəsində yaradılan Elm Qurumu ilə keçirilmiş növbəti iclasdan sonra açıqlamasında bildirib.

Nazir deyib ki, Türkiyədə tətbiq olunan bütün növ peyvəndlər etibarlıdır və təhlükəsizdir.

F.Koca onu da vurğulayıb ki, COVID-19-a qarşı mübarizə tədbirlərinin yumşaldılması ənənəvi həyata qayıtmaq kimi anlaşılmamalıdır: "Sosial həyata nəzarətli şəkildə qatılmalıyıq ki, həm bəşəri baxımdan, həm də tibbi-sosial, iqtisadi nöqteyi-nəzərədən ağır zərərlərə məruz qalmayaq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR