Ukrayna Baş nazirinin müavini və rəqəmsal transformasiya naziri Mixaylo Fedorov Nazirlər Kabinetinin rəhbəri təyin oluna bilər.
APA xəbər verir ki, bu barədə hakimiyyətyönlü "Xalqın qulluqçusu" partiyasından olan deputat Ukrayna Milli Xəbərlər Agentliyinə (UNN) bildirib.
O qeyd edib ki, hazırda Baş nazirin ofisinin qurulması və mütəxəssislərin cəlb olunması prosesi gedir.
Mənbə onu da əlavə edib ki, yeni Baş nazirin namizədliyi ilə bağlı ABŞ-la da razılıq əldə olunub.
Ukraynanın hazırki Baş naziri Denis Şmıqalın mümkün işdən çıxarılmasının səbəbləri, eləcə də gələcək karyerası barədə məlumat verilməyib.