Bank Of Baku

Ukrayna Baş Qərargahı: Belarusda Rusiya hərbi texnikalarını hərəkəti müşahidə edilib

Ukrayna Baş Qərargahı: Belarusda Rusiya hərbi texnikalarını hərəkəti müşahidə edilib
# 31 mart 2022 12:28 (UTC +04:00)

Rusiya qüvvələrinin Belarusda yenidən cəmlənmə əlamətləri görünür.

APA-nın CNN-ə istinadən xəbərinə görə, bu barədə Ukrayna Baş Qərargahının məlumatında bildirilib.

Qeyd olunub ki, Belarusda Rusiya hərbi texnikalarının hərəkəti müşahidə edilib: “Bu vasitələrin yenidən cəmlənməsinin Rusiyanın Ukraynadakı canlı qüvvə, silah və ləvazimat itkilərinin kompensasiyası məqsədi ilə rezerv yaradılması üçün istifadə edildiyi ehtimal edilir”.

Məlumatda o da qeyd olunub ki, Kiyev regionunun Rusiya qüvvələrindən geri alınan ərazilərində tez-tez minalara rast gəlinir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR