Bank Of Baku

Ukrayna dronları ilk dəfə Krımda Rusiya ordusuna məxsus təyyarə və helikopteri vurub - VİDEO

Ukrayna dronları ilk dəfə Krımda Rusiya ordusuna məxsus təyyarə və helikopteri vurub - VİDEO
# 22 sentyabr 2025 11:10 (UTC +04:00)

Ukrayna Müdafiə qüvvələrinin dronları Krımda Rusiya ordusuna məxsus iki Be-12 amfibiya təyyarəsini və Mi-8 helikopterini məhv edib.

APA xəbər verir ki, bu barədə “Unian” məlumat yayıb.

Qeyd edilir ki, Be-12 "Çayka" amfibiya təyyarələri sualtı qayıqların aşkarlanması və onlarla mübarizə aparmaq üçün qiymətli avadanlıqla təchiz olunub.

Bununla yanaşı, Rusiyanın iki neft emalı zavodu və elektrik təchizatı stansiyası da dronların hücumuna məruz qalıb.

Belə ki, Rusiyanın Krasnodar diyarında dronlar dəmir yollarının elektrik təchizatını təmin edən "Kanevskaya" stansiyasına və Slavyansk-na-Kubani və Yaroslavl rayonlarındakı neft emalı zavodlarına da zərbə endirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR