Bank Of Baku

Ukrayna F-16 qırıcılarının tədarükü üçün Niderlanda rəsmi sorğu göndərib

F-16

© APA | F-16

# 10 fevral 2023 10:53 (UTC +04:00)

Ukrayna hökuməti F-16 qırıcı təyyarələrinin tədarükü üçün Niderlanda rəsmi sorğu göndərib.

APA Niderlandın “NOS News” agentliyinə istinadən xəbər verir ki, bunu ölkənin müdafiə naziri Kaysa Ollenqren bildirib.

Nazir bu sorğunun yerinə yetirilməsinin asan olmadığını qeyd edib: "Biz ABŞ və digər müttəfiqlərlə bu məsələni müzakirə etməliyik. Veriləcək qərarın nəticələrini ciddi təhlil etməliyik və bu qərar çox qısa zaman ərzində verilə bilməz. Bu məsələdə dürüst olmalıyıq. Sorğuya çox ciddi yanaşırıq, lakin qırıcıların göndərilməsi elə asan məsələ deyil", - o deyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR