Ukrayna kəşfiyyatının rəisi Kirill Budanovun həyat yoldaşını zəhərləyiblər

Ukrayna kəşfiyyatının rəisi Kirill Budanovun həyat yoldaşını zəhərləyiblər
# 28 noyabr 2023 12:27 (UTC +04:00)

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanovun həyat yoldaşı Marianna Budanova xəstəxanaya yerləşdirilib.

APA xəbər verir ki, bu barədə UNİAN Baş Kəşfiyyat İdarəsindəki mənbələrə istinadən məlumat yayıb.

Məlumata əsasən, Budanovanın ağır metallarla zəhərlənməsi aşkar olunub. Uzun müddət səhhətində pisləşmə müşahidə olunduğu üçün xəstəxanaya yerləşdirilib.

Mənbənin sözlərinə görə, həmin maddələr gündəlik həyatda və ya hərbi məqsədlərlə heç bir formada istifadə edilmir.

Sözügedən ağır metalların aşkar olunması konkret bir şəxsi zəhərləmək üçün qəsdən cəhd olunmasını göstərir.

Qeyd edək ki, Marianna Budanova 2021-ci ilin iyun ayından Kiyev meri Vitali Kliçkonun müşaviri vəzifəsində çalışır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR