Ukrayna ordusu paytaxt Kiyevin yaxınlığındakı Buça şəhərini geri alıb.
APA-nın CNN telekanalına istinadən verdiyi məlumata görə, bu barədə Buça şəhərinin meri Anatoli Fedoruk bildirib.
"Bu gün martın 31-də şəhərimiz Ukrayna Silahlı Qüvvələrimiz tərəfindən ruslardan azad olundu BU gün bizim qələbə və sevinc günüdür", - deyə Fedoruk videomüraciətdə bildirib.