Bank Of Baku

Ukrayna Prokurorluğu Rusiya hərbçilərinə qarşı 3457 cinayət işi açıb

Ukrayna Prokurorluğu Rusiya hərbçilərinə qarşı 3457 cinayət işi açıb
# 31 mart 2022 14:50 (UTC +04:00)

Ukrayna Prokurorluğu Rusiya hərbçilərinə qarşı artıq 3457 cinayət işi açıb.

APA xəbər verir ki, bu barədə Ukraynanın Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak açıqlama verib.

"Rusiya hərbçilərinə qarşı “müharibə qaydalarının və prinsiplərinin pozulması" maddəsi ilə cinayət işləri açmışıq”, o deyib.

Prezident ofisinin rəsmisi Rusiya hərbçilərinin dinc vətəndaşların öldürülməsi, zorakılıq, uşaqlara qarşı zorakılıq və əsir düşənlərə qarşı işgəncə vermələri barədə faktların olduğunu və toplanmaqda davam etdiyini vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR