Ukrayna Rusiyaya təhlükəsizliyi ilə bağlı təkliflərini təqdim edib.
APA-nın Türkiyə müxbiri xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Ukrayna nümayəndə heyətinin rəhbəri David Araxamiya deyib.
Onun sözlərinə görə, ölkəsi BMT TŞ-nın 5 daimi üzvünün, habelə Kanada, Polşa, İsrail və Türkiyənin Ukraynanın təhlükəsizliyinin qarantı olaraq görmək istəyir.
Araxamiya əlavə edib ki, təhlükəsizlik qarantiyası məsələsində anlaşma əldə edilməyib.
"İndiki təhlükəsizlik qarantları sistemi işləmir, biz bunu Mariupol və Xarkovda görürük", - o qeyd edib.