Bank Of Baku

Ukrayna SQ Baş Komandanı NATO Hərbi Komitəsinin iclasında iştirak etməyəcək

Valeri Zalujnı

© APA | Valeri Zalujnı

# 10 may 2023 15:43 (UTC +04:00)

Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Valeri Zalujnı NATO Hərbi Komitəsinin iclasında iştirakdan imtina edib.

APA xəbər verir ki, Zalujnı bununla bağlı Alyansın hərbi komitəsinin sədri admiral Rob Bauerə məktub yazıb.

Valeri Zalujnı iclasda iştirak etməməsini cəbhədəki gərgin əməliyyat vəziyyəti ilə izah edib.

Zalujnı videokonfrans vasitəsilə sammitdə iştirakdan imtina etdiyini təsdiqləyib.

Həmçinin əlavə olunub ki, Ukraynanın NATO-dakı hərbi nümayəndəsi, general-mayor Sergey Salkutsan Alyansın Hərbi Komitəsinin üzvlərinə məlumat təqdim edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR