Ukraynanın müdafiə naziri Rustem Umerov və Fransa Silahlı Qüvvələrinin rəhbəri Sebastian Lekornu iki ölkə arasında silah alışı və hərbi müqavilələr sahəsində əməkdaşlığa dair memorandum imzalayıblar.
APA-nın verdiyi məlumata görə, bu barədə Ukrayna Müdafiə Nazirliyi öz saytında Kiyevdə aparılan danışıqların yekunlarına dair məlumatda bildirib.