Bank Of Baku

Ukrayna və Yunanıstan təhlükəsizlik sahəsində əməkdaşlıq barədə saziş imzalayıb

Ukrayna və Yunanıstan təhlükəsizlik sahəsində əməkdaşlıq barədə saziş imzalayıb
# 17 oktyabr 2024 16:06 (UTC +04:00)

Ukrayna Prezidenti Vladimir Zelenski və Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis arasında təhlükəsizlik sahəsində əməkdaşlıq sazişi imzalanıb.

APA xəbər verir ki, bu barədə Ukrayna Prezidenti “X” platformasındakı paylaşımında bildirib.

“Rusiyanın tammiqyaslı işğala başlamasından bəri Yunanıstan Ukraynaya maddi-texniki yardım, eləcə də hərbi dəstək göstərib. Yunanıstan həmçinin pilotlarımız və texniklərimiz üçün F-16 təlimlərini sürətləndirmək məqsədilə əlavə resurs təminatı həyata keçirəcək”,- deyə Zelenski bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR