Bank Of Baku

Ukrayna XİN başçısı Blinkenlə Rusiya və ABŞ arasındakı danışıqları müzakirə edib

Ukrayna XİN başçısı Blinkenlə Rusiya və ABŞ arasındakı danışıqları müzakirə edib
# 11 yanvar 2022 23:50 (UTC +04:00)

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə ABŞ dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub.

APA Ukrayna Xarici İşlər Nazirliyinin məlumatına istinadən xəbər verir ki, tərəflər bazar ertəsi Cenevrədə ABŞ və Rusiya nümayəndə heyətləri arasında aparılan danışıqları müzakirə ediblər.

Danışıqlar zamanı, həmçinin, yanvarın 9-10-da Rusiya və ABŞ arasında Cenevrədə Moskvanın təhlükəsizlik zəmanətləri ilə bağlı təklifləri üzrə məsləhətləşmələrə, habelə Brüsseldə keçiriləcək Rusiya-NATO Şurasının iclası, Vyanada isə Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı platformasında aparılacaq məsləhətləşmələrə də toxunulub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR