Bank Of Baku

Ukrayna XİN rəhbəri: Macarıstan tarixin yanlış tərəfindədir

Ukrayna Xarici İşlər naziri Andrey Sibiqa

© APA | Ukrayna Xarici İşlər naziri Andrey Sibiqa

# 28 avqust 2025 14:23 (UTC +04:00)

Kiyev Budapeştin “Dostluq” neft kəmərinə hücumda məsuliyyət daşıyan Ukrayna Silahlı Qüvvələrinin komandirinin Şengen zonasına girişinin qadağan edilməsi qərarına qarşı simmetrik cavab vəd edib.

APA xəbər verir ki, bu barədə Ukrayna xarici işlər naziri Andrey Sibiqa özünün “X” platformasında bildirib.

Nazir qeyd edib ki, Macarıstan “tarixin səhv tərəfindədir”.

Qeyd edək ki, Macarıstan Ukrayna ordusunun “Dostluq” neft kəmərimə hücuma görə məsuliyyət daşıyan hərbi birləşməsinin komandirinə Macarıstana və ümumilikdə Şengen zonasına daxil olmağı qadağan edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR