Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oleksiy Danilov Ukrayna Silahlı Qüvvələrinin (USQ) Baş komandanı Valeri Zalujnının yaralanması ilə bağlı xəbərləri təkzib edib.
APA xəbər verir ki, bu barədə Oleksiy Danilov Tvitter paylaşımında bildirib. O, Ukrayna Prezidenti Vladimir Zelenskinin bu gün səhər Zalujnının hesabatını dinlədiyini qeyd edib.
“24 may 2023-cü il saat 10:00-da USQ-nin Ali baş komandanı Vladimir Zelenski Baş Qərargahın iclasında USQ-nin Baş komandanı Valeri Zalujnının və baş qərargahın digər üzvlərinin hesabatlarını dinləyib”, - Danilov vurğulayıb.
***
16.21
Ukrayna Silahlı Qüvvələrin Baş Komandanı Valeriy Zalujnı mayın əvvəlində kəllə-beyin travması və qəlpə yaraları alıb.
APA xəbər verir ki, bu barədə RİA Novosti öz mənbələrinə istinadən məlumat yayıb.
Agentliyin məlumatına əsasən, Zalujnı Rusiya ordusunun Xerson yaxınlığındakı komanda məntəqəsinə endirdiyi raket zərbəsi nəticəsində xəsarət alıb.