Bank Of Baku

Ukraynada 29 kilsə dağıntıya məruz qalıb

Ukraynada 29 kilsə dağıntıya məruz qalıb
# 02 aprel 2022 10:49 (UTC +04:00)

Ukraynada müharibə başlayandan 53 vacib mədəni abidə dağıntıya məruz qalıb.

APA-nın BBC-yə istinadən xəbərinə görə, bu barədə UNESCO-nun məlumatında bildirilib.

Qeyd olunub ki, hərbi əməliyyatlar nəticəsində 29 kilsə, 16 tarixi bina, 4 muzey və 4 abidə zədələnib. Dağıntıya məruz qalan abidələrin Kiyev, Xarkov və Çerniqovda yerləşdiyi bildirilib.

“Bu son siyahıdır, lakin hərtərəfli deyil, bizim ekspertlərimiz məlumatları təsdiqləməyə davam edirlər”, - təşkilatın mətbuat katibi AFP xəbər agentliyinə bildirib.

UNESCO dağıntıları təsdiqləmək üçün peyk fotolarından və şahidlərdən istifadə etdiyini açıqlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR