Ukraynada əcnəbi diversant saxlanılıb

Ukraynada əcnəbi diversant saxlanılıb
# 29 may 2024 16:58 (UTC +04:00)

Ukraynanın Təhlükəsizlik Xidmətinin əməkdaşları Odessa ərazisində diversiya fəaliyyəti ilə məşğul olan əcnəbini saxlayıb.

APA-nın “unian”a istinadən xəbərinə görə, araşdırmalar zamanı onun Şərqi Avropa ölkələrindən birinin vətəndaşı olduğu müəyyən edilib.

O da bildirilib ki, həmin şəxs aprel ayında Odessadakı iki elektrik stansiyasının avadanlıqlarını benzinlə yandırıb. Nəticədə 8 yaşayış məntəqəsinin elektrik təchizatı dayandırılıb.

Qeyd edək ki, Ukrayna qanunvericiliyinə görə, hərbi vəziyyət dövründə təxribatların törədilməsinə görə ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR