Ukraynanın Kiyev vilayətinin Brovarı şəhərində helikopter qəzası zamanı ölənlərin sayı 14 nəfərdir.
APA xəbər verir ki, bu barədə Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidməti rəsmi məlumat yayıb.
Ölənlərdən birinin uşaq olduğu bildirilib.
Yaralananlar isə 25 nəfərdir, onlardan 11-i uşaqdır.
Qəzanın baş verdiyi ərazidə xilasetmə işlərinin yekunlaşmaq üzrə olduğu vurğulanıb.