Ukraynada Rusiyanın daha bir Su-34 qırıcısı vurulub

Ukraynada Rusiyanın daha bir Su-34 qırıcısı vurulub
# 29 fevral 2024 11:10 (UTC +04:00)

Ukrayna Hərbi Hava Qüvvələri (HHQ) Rusiyaya məxsus daha bir Su-34 qırıcı-bombardmançı təyyarəni vurub.

APA “The Kyiv İndependent”ə istinadən xəbər verir ki, bu barədə Ukrayna HHQ-nin “Telegram” kanalındakı paylaşımında bildirilib.

Qeyd olunub ki, təyyarə fevralın 29-da yerli vaxtla 01:00 radələrində ölkənin şərqində vurulub.

Ukrayna KİV-nin məlumatına görə, Rusiya son 10 gün ərzində 7 ədəd Su-34 qırıcısı itirib. Ukrayna HHQ təkcə fevralın 27-də iki Su-34-ün vurulması barədə məlumat yayıb.

Lamiyə Şirinova

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR