Bank Of Baku

Ukraynada yaşayış binasının atəşə tutulması nəticəsində ölənlərin sayı 19 nəfərə çatıb - FOTO - YENİLƏNİB

Ukraynada yaşayış binasının atəşə tutulması nəticəsində ölənlərin sayı 19 nəfərə çatıb - FOTO  - YENİLƏNİB
# 28 aprel 2023 17:49 (UTC +04:00)

Umanda ölənlərin sayı 19 nəfərə çatıb.

APA xəbər verir ki, bu barədə Ukrayna Milli Polisinin mətbuat xidməti məlumat yayıb.

Həmçinin qeyd olunub ki, şəhərin Rusiya ordusu tərəfindən atəşə tutulması nəticəsində 18 nəfər yaralanıb, onlardan 9-u xəstəxanaya yerləşdirilib.

***

10:38

Rusiya Ukraynanın Uman şəhərində yaşayış binalarına zərbələr endirib, ölənlər var.
APA xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin müşaviri Mixail Podolyak "Twitter" hesabında bildirib.
Onun sözlərinə görə, bu gün səhər saatlarında Rusiya qüvvələrinin Umanda yaşayış binalarına raket zərbələri endirməsi nəticəsində 7 mülki şəxs ölüb, 11 nəfər yaralanıb.
Prezident Zelenski isə paylaşımında qeyd edib ki, Rusiya hücumda raket və pilotsuz uçuş aparatlarından istifadə edib.

Hücum zamanı 10 yaşayış binası zədələnib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR