Bank Of Baku

Ukraynanın sabiq spikeri qətlindən altı ay əvvəl dövlət mühafizəsi istəyibmiş

Ukraynanın sabiq spikeri qətlindən altı ay əvvəl dövlət mühafizəsi istəyibmiş
# 31 avqust 2025 10:45 (UTC +04:00)

Ötən gün qətlə yetirilən Ukrayna Ali Radasının sabiq spikeri, Avromaydanın liderlərindən biri Andrey Parubiy yarım il əvvəl özünə dövlət mühafizəsi verilməsi üçün müraciət etsə də rədd cavabı alıb.

APA UNİAN-a istinadən xəbər verir ki, bu barədə Dövlət Mühafizə İdarəsindən bildirilib.

Qurumdan qeyd ediblər ki, onlar vəzifələrini qanunvericilik çərçivəsində icra ediblər, Parubiy dövlət mühafizəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısında olmayıb.

Bundan əlavə, vəzifəli şəxslərin səlahiyyət müddəti başa çatdıqdan sonra onlara yalnız 1 il ərzində mühafizə verilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR