Bank Of Baku

Ukraynanın Təhlükəsizliyi üzrə Məsləhətçi Qrupun iclası başlayıb - FOTO

Ukraynanın Təhlükəsizliyi üzrə Məsləhətçi Qrupun iclası başlayıb - FOTO
# 26 aprel 2022 15:15 (UTC +04:00)

Ukraynanın Təhlükəsizliyi üzrə Məsləhətçi Qrupun iclası keçirilir.

APA xəbər verir ki, iclasda Ukrayna müharibəsi, NATO müttəfiqləri və tərəfdaşlarının üzləşdiyi təhlükəsizlik məsələləri müzakirə olunur.

30-dan çox müdafiə naziri, o cümlədən NATO Baş katibi Yens Stoltenberq və Ukraynanın müdafiə naziri Oleksiy Reznikov Ukraynaya genişləndirilmiş və daha çox hücum silahlarının necə çatdırılacağını müzakirə etmək üçün Almaniyanın Ramşteyn aviabazasında görüşüb.

Almaniyanın müdafiə naziri ölkəsinin Ukraynaya “Gepard” zenit qurğuları verəcəyini bəyan edib.

Qeyd edək ki, iclas ABŞ-ın müdafiə naziri Lloyd Ostin tərəfindən təşkil olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR