Bank Of Baku

Ukraynanın xarici işlər naziri Bolqarıstandadır

Dmitri Kuleba

© APA | Dmitri Kuleba

# 19 aprel 2022 12:05 (UTC +04:00)

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Bolqarıstana səfər edib.

APA xəbər verir ki, bu barədə Dmitri Kuleba “Twitter” hesabında qeyd edib.

O bildirib ki, səfər çərçivəsində Ukraynada sülhə nail olunması istiqamətində atılacaq addımların müəyyən edilməsi üçün Bolqarıstan rəhbərliyi ilə görüşlər keçirəcək.

“Prezident Zelenskinin tapşırığı ilə Ukraynada sülhün qalib gəlməsi üçün atılacaq addımların axtarışı üçün mən Bolqarıstan rəhbərliyi ilə görüşlər keçirmək üçün Sofiyaya gəlmişəm. Bolqarıstan bizim dostumuz və Avropa İttifaqı çərçivəsində, ikitərəfli çərçivədə tərəfdaşımızdır. Biz bu kritik dövrdə Bolqarıstan xalqının dəstəyini də hiss edirik”, - deyə Kuleba vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR