Bank Of Baku

Ukraynanın Xarkov vilayəti raket atəşinə tutulub, 8 nəfər yaralanıb

Raket hücumu

© APA | Raket hücumu

# 10 fevral 2023 14:16 (UTC +04:00)

Rusiya Silahlı Qüvvələri tərəfindən Ukraynanın Xarkov vilayətinin raket atəşinə tutulması nəticəsində yaralananların sayı 8 nəfərə yüksəlib.

APA xəbər verir ki, bu barədə Xarkov vilayəti administrasiyasının rəhbəri Oleq Sinequbov “Telegram”da yazıb.

Qeyd edək ki, bu gün səhər saatlarından etibarən Ukrayna ərazisi Rusiya Silahlı Qüvvələri tərəfindən, Qara dəniz istiqamətindən raket atəşinə tutulur. Ukrayna KİV “Kaliber” raketlərindən istifadə olunması barədə xəbərlər yayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR