Bank Of Baku

Vilnüsdə qaz vaqonları alovlanıb, partlayış təhlükəsinə görə təxliyə əmri verilib

Vilnüsdə qaz vaqonları alovlanıb, partlayış təhlükəsinə görə təxliyə əmri verilib
# 10 sentyabr 2025 16:09 (UTC +04:00)

Vilnüsdə maye qaz yanacaqdoldurma məntəqəsində qazla yüklənmiş 8 vaqon alovlanıb.

APA “LRT.lt”yə istinadən xəbər verir ki, hadisə nəticəsində partlayışlar baş verib.

Yerli sakinlərə evdə qalmaq barədə xəbərdarlıq edilib. Hadisə nəticəsində bir nəfər yaralanıb.

Daxili işlər naziri Vladislav Kondratoviç jurnalistlərə bildirib ki, ilkin məlumatlara görə, yanğın iş şəraiti ilə əlaqədardır, texnogen qəzadır.

Nazir qeyd edib ki, Litva Dövlət Sərhəd Xidməti helikopterlə havadan əraziyə nəzarət edir.

Rusiyanın Kalininqrad vilayətinə gedən tranzit qatar insident səbəbindən dayandırılıb və onun marşrutu dəyişdiriləcək, qatarın mühafizəsi gücləndiriləcək.

Vilnüs meri Facebookda bildirib ki, yanğın səbəbindən yaxınlıqda nəqliyyatın hərəkəti bağlanıb.

Eyni zamanda, təxliyə əmri verilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR