İranın Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsinə dəstək verməsi qəbuledilməzdir və dayandırılmalıdır.
APA xəbər verir ki, bu barədə Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen “X” platformasındakı paylaşımında bildirib.
“İranın Rusiyaya pilotsuz uçuş aparatları və raketlər göndərməsinə cavab olaraq fiziki və hüquqi şəxslərə qarşı sanksiyaların tətbiq edilməsini alqışlayıram və daha çoxuna ehtiyac var”, - deyə o, paylaşımında bildirib.