Serbiya Prezidenti Aleksandr Vuçiç oktyabrın 22-24-də Kazanda keçiriləcək BRİKS sammitində niyə iştirak etməyəcəyini açıqlayıb.
APA xəbər verir ki, bu barədə RIA Novosti məlumat yayıb.
“Çərşənbə günü Polşanın Baş naziri Donald Tusk ölkəmizə gəlir və dostumuz, Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis də ona qoşulur. Növbəti gün isə Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Belqrada gəlir və iki gün burada qalacaq”, - Vuçiç qeyd edib.