Bank Of Baku

WSJ: ABŞ-nin İranla müharibəsi 2027-ci ilədək uzana bilər

WSJ: ABŞ-nin İranla müharibəsi 2027-ci ilədək uzana bilər
# 04 sentyabr 2026 03:06 (UTC +04:00)

ABŞ-nin Yaxın Şərqdəki hərbi qüvvələrinin sayını və bölgədə yerləşdirmə müddətini artırması İranla müharibənin 2027-ci ilədək davam edə biləcəyinə işarə edir.

Bu barədə “The Wall Street Journal” (WSJ) mənbələrə istinadən məlumat yayıb.

Nəşr yazır ki, ABŞ altı ay əvvəl İrana qarşı hərbi kampaniyaya başlayarkən müdafiə naziri Pit Heqset qısa və həlledici zərbələr vasitəsilə uzunmüddətli münaqişədən yayınmağın mümkün olacağını bildirmişdi.

Hazırda isə ABŞ Yaxın Şərqdə hərbi qüvvələrinin yerləşdirilməsini davam etdirir. WSJ mənbələrinin fikrincə, bu, müharibənin 2027-ci ilədək uzana biləcəyini göstərir.

Mənbələr bildiriblər ki, qüvvələrin bölgədə saxlanılması Prezident Donald Trampa müharibənin sonrakı mərhələləri ilə bağlı müxtəlif hərbi variantlar təqdim edən strategiyanın bir hissəsidir.

Hazırda Yaxın Şərqdə təxminən 50 min ABŞ hərbçisinin olduğu bildirilir. Onların missiyalarına İran raketlərinin ələ keçirilməsi, kommersiya gəmilərinin Hörmüz boğazından keçidinin təmin edilməsi, eləcə də İran limanları və sahilyanı ərazilərinin blokadası daxildir.

ABŞ Hərbi Dəniz Qüvvələrinin nümayəndəsinin məlumatına görə, Vaşinqtonun hazırda Yaxın Şərq sularında 19 hərbi gəmisi, o cümlədən 2 aviadaşıyıcısı və idarəolunan raketlərlə təchiz edilmiş 13 esminesi var.

Nəşr qeyd edir ki, Pentaqonun əlavə qüvvələri bölgədə yerləşdirməsi Prezident Donald Trampın münaqişənin gələcəyi ilə bağlı ziddiyyətli mesajlar verdiyi bir dövrə təsadüf edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR