Bank Of Baku

Xaricdə yaşayan 1,1 milyon Türkiyə vətəndaşı seçkilərin ikinci turunda səs verib

Xaricdə yaşayan 1,1 milyon Türkiyə vətəndaşı seçkilərin ikinci turunda səs verib
# 22 may 2023 12:29 (UTC +04:00)

Türkiyədə mayın 28-də keçiriləcək prezident seçkilərinin ikinci turu çərçivəsində xarici ölkələrdə yaşayan 1 milyon 153 min 842 Türkiyə vətəndaşı səs verib.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Ali Seçki Komissiyası (YSK) məlumat yayıb.

Qeyd olunub ki, səsvermə 73 ölkədəki 156 nümayəndəlik və gömrük qapılarında (sərhəd) davam edir. Türkiyə xaricində ümumilikdə 3 461 seçki qutusu quraşdırılıb.

Xaricdə yaşayan vətəndaşlar üçün səsvermə prosesi mayın 24-dək davam edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR