Xarkova aviazərbələr nəticəsində 9 nəfər yaralanıb

Xarkov

© APA | Xarkov

# 22 may 2024 16:25 (UTC +04:00)

Rusiyanın Ukraynanın Xarkov şəhərinə idarəolunan aviasiya bombaları ilə zərbələri nəticəsində yaralıların sayı 9 nəfərə çatıb.

APA-nın “mignews.ua”ya istinadən xəbərinə görə, bunu şəhərin meri İqor Terexov Hərbi Administrasiyanın rəhbəri Oleq Sinequbovla birgə mətbuat konfransında bildirib.

O qeyd edib ki, yaralılardan birinin vəziyyəti ağır olaraq qiymətləndirilir.

Şəhərin merinin sözlərinə görə isə aviazərbələr bir yaşayış binası və bir ədəd yanacaqdoldurma məntəqəsində yanğına səbəb olub. Bununla yanaşı, bir ədəd minik avtomobili sıradan çıxarılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR