Bank Of Baku

Xarkovda təxliyə avtobusu atəşə tutulub, 7 nəfər ölüb

Xarkovda təxliyə avtobusu atəşə tutulub, 7 nəfər ölüb
# 15 aprel 2022 15:06 (UTC +04:00)

Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Xarkov vilayətində təxliyə avtobuslarını atəşə tutması nəticəsində 7 nəfər ölüb, 27 nəfər yaralanıb.

APA UNİAN-a istinadən xəbər verir ki, bu barədə Xarkov vilayətinin prokurorluğu məlumat yayıb.

Bildirilib ki, aprelin 14-də İzium rayonunun Borova kəndində mülki sakinlərin təxliyəsi zamanı avtobuslar Rusiya hərbçiləri tərəfindən atəşə tutulub.

Qeyd olunub ki, prokurorluq qəsdən adam öldürmə (Ukrayna Cinayət Məcəlləsinin 438-ci maddəsinin 2-ci bəndi) və müharibə qanunlarının pozulması ilə bağlı ibtidai istintaq başladıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR