Bank Of Baku

Xarkovun mərkəzi raketlərlə atəşə tutulub, ölənlər var - VİDEO

Xarkovun mərkəzi raketlərlə atəşə tutulub, ölənlər var - VİDEO
# 17 aprel 2022 17:34 (UTC +04:00)

Rusiya hərbçiləri bazar günü, aprelin 17-də Xarkovu raket atəşinə tutub. Şəhərin mərkəzi hissəsi zərər çəkib və atılan mərmilər nəticəsində yanğınlar baş verib.

APA bildirir ki, bu barədə məlumatları "Suspilnı"yə vilayət hərbi idarəsinin Səhiyyə Departamentinin direktoru Maksim Xaustov verib.

Məlumata görə, 5 nəfər ölüb, 13 nəfər yaralanıb. Xilasedicilər hadisə yerindədir.

Sizə təqdim etdiyimiz video yerli Telegram kanallarında yayılıb, hücum zamanı çəkilmişdir. Kadrlarda həkimlərin yaralılarla necə davrandığı əks olunub.

Bu arada atışma davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR